Proqramçı nələri bilməlidir?
Ən əsası səbrli olun!
Proqramlaşdırma dilləri
- Ada - Ada proqramlaşdırma dilinin yaranma tarixi 1974-1980-ci illərə təsadüf edir.
- Assembler – bu proqram vasitəsilə effektiv və kompakt proqramlar yaradılır. Assemblerlərdən sistem proqramlarının, drayverlərin, kompüterin aparat resurslarına müraciət üçün və s. proqramların yaradılmasında istifadə edilir.
- Basic – Bu dil üçün kompilyator və interpretatorlar mövcuddur. 60-cı illərdə yaradılmışdır və öyrənilməsi sadədir.
- C – Bell laboratoriyasında yaradılmışdır və assembler dilini əvəz etmək üçün nəzərdə tutulmuşdur. Assemblerdən fərqli olaraq konkret tip prosessordan asılı deyil.
- C++ – 1980-cı ildə Byörn Straustrup tərəfindən yaradılmışdır. Proqramın imkanları proqramçının işinin məhsuldarlığını artırmış olur.
- C# - C#(C Sharp) – Microsoft.Net platformu ilə birlikdə təqdim olunan C ailəsinə aid yeni obyekt orientasıyalı dillərdən biridir.
- Fortran – 50-ci illərdə Cim Bekus tərəfindən yaradılmış ilk kompilyasiya dilidir. Bu dildən hal-hazırda da bütün dünyada istifadə edilir. 2000-ci ildə Fortranın yeni versiyası yaradılmışdır: F2k.
- JAL - Wouter Van Ooijen tərəfindən 16F84 ,16C84,16F877 , Scenix SX18 ve SX28 kimi mikrokontrollerləri proqramlaşdırmaq üçün yaradılmış dildir.
- Java – 90-cı illərdə Sun kompaniyası tərəfindən С++ proqram dili əsasında yaradılmışdır. Java С++ proqram dili əsasında əlavələrin işlənməsini sadələşdirir.
- LISP - List Processing (siyahıların emalı) sözlərindən götürülmüşdür. 1958-ci ildə yaradılmışdır
- Lua - 1993-cü ildə yaradılmış açıq qaynaq kodlu dildir.
- Objective-C - yuxarı səviyyəli, Obyekt yönümlü proqramlaşdırma dilidir.
- Pascal – 70-ci illərdə Niklaus Birt tərəfindən yaradılıb, Alqol dilinə daha çox oxşayır.
- Perl - 1987-ci ildə Lary Wall tərəfindən yaradılmış dinamik proqramlaşdırma dilidir.
- PHP - (Hypertext Preprocessor) dinamik veb səhifələr yaratmaq üçün 1995-ci ildə yaradılıb.
- Prolog - Proloq məntiqi proqramlaşdırma dilidir ki Süni intellekt və Hesablamalı dilçilik ilə əlaqədardır.
- Python - 1991-ci ildə Guido van Rossum tərəfindən yaradılmışdır. Dilinin sintaksisi çox aydın və anlaşıqlıdır.
- Ruby - Yukihiro Matsumoto tərəfindən Perl, Smalltalk və Eiffel dillərindən yararlanaraq yaradılmışdır.
- Scheme - Funksional proqramlaşdırma dili olub. 1975-1980-cı illər ərzində MİT süni intellekt laboratoriyasında yaradılmışdır.
- Delphi - Pascal dilinin əsasında yaradılmış dildir.
- Cobol – 60-cı illərdə yaradılıb, iqtisadi sahədə, biznes məsələlərin həllində istifadə edilir. Bu proqramın operatorları adi ingilis cümlələrinə çox bənzəyir.
- Swift– Apple tərəfindən WWDC 14 də təqdim edilmiş proqramlaşdırma dili.
Proqramlaşdırma dillərinə aid elektron dərsliklər
Turbo Pascal | ![]() |
C proqramlaşdırma dili. Müəllif Ayşə Əzizova | ![]() | ||||
Delphi 7 | ![]() | ||||
HTML | ![]() | ||||
C++ proqramlaşdırma | ![]() | ||||
cox sagolun yararli dersliklerdi hamisi
ReplyDelete