
Öyrənməli olduğumuz ilkin bölmələrdən biridə hardweredir.
Ümumiyyətlə kompüteri və ya informtikadan danışarkən ,kompüteri təşkil edən qurğuları bilməyimiz vacibdir.Bu qurğgalar Hardwere adlanır. Ümumilikdə kompüteri təşkil edən qurğular 2 yere ayrılır.
- Giriş qurğuları
- Çıxış qurğuları
Giriş qurğuları
Elektron şüa borulu ( CRT – Cathode Ray Tube ) monitorlar
CRT monitorların əsas elementi elektron şüa borusudur. Bu elektron şüa borulu televizorlarla eyni prinsipdə işləyir. Borunun içərisilyuminofor adlanan materialla örtülüb və içərisində elektron dəstələri vardır. Lyuminofor qatı tridalardan təşkili olunub. Triadalar 3 nöqtədən ibarət elementlərdir. Bu üç nöqtə qırmızı (Red), yaşıl (Green) və mavi (Blue) rəngi əks etdirən elementlərdir. Borunun dar ucunda elektron topu (elektronlar mənbəyi) yerləşir. Bunlar şüalar buraxır. Həmin şüalar triadaların üzərinə lazımi intensivlikdə düşərək lazımi rəngi verir. Məsələn, ağ rəngi vermək üçün RGB(255,255,255) olmalıdır, yəni qırmızı, yaşıl və mavi elementlər maksimum intensivliyə malik olur və ağ rəngi verir. Qara rəng üçün RGB(0,0,0). Beləliklə, hər pikselə bir triada uyğun gəlir və pikselin rəngi triadanın elementlərinə düşən intensivlikdən asılıdır.LCD (Liquid Crystal Display – Maye Kristallı Displey)
Bu tipli monitorların ekranları adi elektron saatların, mobil telefonların və s. displeylərində olan ekranlarla eynidir. Bu ekran iki təbəqədən ibarətdir. Həmin təbəqələrin arasında sterjinşəkilli molekullar yəni maye kristallı qarışıqlar vardır. Kristallar işığı şəkildə göründüyü kimi polyarizatorlardan keçirirlər. Elektrik cərəyanı mayedən keçəndə kristalları bir istiqamətdə yönəldir. Nəticədə kristallar işığı polyarlaşdıran müstəvi qatları şəkildə göründüyü kimi döndərir. Nəticədə işıq buradan keçə bilmir və həmin hissə tünd rəngə boyanır.LCD ekranlarda cəmi 64 rəng çaları yaratmaq mümkündür, CRT ekranda isə 256. Hər pikseldə 3 element - qırmızı, yaşıl, göy (RGB) olarsa, hər element 64 rəng çaları yarada bilər. Nəticədə 64*64*64 = 262 144 rəng kombinasiyadan birini almaq olar. CRT ekranlarda isə 256*256*256 = 16 777 216 sayda olur. LCD ekranlarda təsviri insan gözünün rahat görməsi üçün parlaqlığı artırmaq üçün elementlər yerləşdirirlər (backlight)
Klaviatura- daxil etmə qurğusudur. Klaviaturada dörd qrup düymə vardır. 1-ci əsas qrupa daxil olan düymələr: hərflər, rəqəmlər, işarələr 2-ci qrupa idarəedici düymələr daxildir: Enter - daxil etmək
Siçan(mause)-Fiziki olaraq siçan istifadəçinin əli altında
yerləşdirilir, bir və ya daha çox düymədən ibarət olur. Bundan başqa siçanın təkəri də ola bilər ki, bu da istifadəçiyə onu rahat hərəkət etdirməklə nişanlamaq istədiyi obyektin üzərinə siçanın işarəsini gətirməyə kömək edir.
Siçan vasitəsilə kompyuterə müxtəlif əmrləri vermək, obyekti ekran boyu hərəkət etdirmək, əyrilər çəkmək və s. işləri görmək olar. Siçan ekranda olan göstəricisinin (kursorun) hərəkətini idarə edir. Siçan düz səthin – iş stolunun üzərində hərəkət edərkən ekrandakı göstərici vəziyyətini dəyişir (yaxşı olar ki, stolun üstündə kiçik "xalça" olsun). Siçanla ekranda istənilən əyrini həm də yüksək sürətlə çəkmək olar. Siçanın göstəricisi bəzi obyektlərin üzərindən keçirdikdə onlar dəyişilir (məsələn, alətlər lövhəsinin düymələrinin rəngi dəyişilir və s.) Onun bu xüsusiyyəti kokteksıt həssaslığı adlanır. Siçanın bu xüsusiyyəti sistemlə işi sadələşdirir. Siçanın ekranda görünən bu işarəsi görüləcək işi əyani göstərir.
Obyektləri seçmək və ekran boyu hərəkət etdirmək üçün siçanın düymələrinin birindən istifadə olunur. Siçanın düyməsini bir dəfə sıxdıqda, bu işin nəticəsi istifadə olunan proqramdan və düymələrin hansının sıxılmasından asılı olacaq. Siçanla aparılan başqa əməliyyat isə düyməni iki dəfə sıxmaqdır. Siçanın sol düyməsinin köməyi ilə obyektin yerini ekran boyu dəyişmək olar. Bunun üçün göstəricini obyektin üzərinə qoyub sol düyməni sıxmaq, siçanın köməyi ilə obyekti ekranda lazımı yerə çəkib aparmaq, sonra isə düyməni buraxmaq gərəkdir. Adətən siçan klaviatura kimi kompyuterə PS/2 portu vasitəsilə birləşdirilir. Siçanın kompyuterə bu port vasitəsilə birləşdirilməsi üçün kompyuterin sönülü olması vacibdir. Amma indi USB interfeysli qurğular var ki, onları kompyuterin işlək vəziyyətində kompyuterə birləşdirmək və ya ondan ayırmaq olar. Belə siçanlar mövcuddur və onlardan indi çox istifadə olunur. Əgər kompyuterə eyni zamanda iki və ya daha artıq siçan qoşulmuşsa (PS/2 USB1, USB2 və s.) onların hamısı işləyəcəkdir. Amma krusorun bir dənə olduğunu nəzərə almaq lazımdır
Skaner– gerçək görüntünün rəqəmli surətini yaratmaq üçün qurğudur.
Skanerin iki növü var:
- standart skaner üzçıxaran maşının kiçildilmiş variantını xatırladır;
- portativ (daşınan) skaner isə əslində rəqəmli kameradır.
Skaneriniş prinsipi üzçıxaran qurğunun (kseroksun) iş prinsipi ilə çox oxşardır. Ancaq ondan fərqli olaraq skaner görüntünün üzünü çıxarmır, onu qrafik fayla çevirir. Fayl kompüterdə yadda saxlanıldıqdan sonra onu başqa yerə köçürmək, dəyişdirmək, elektron poct ilə göndərmək və s. olar.
Skanerlərdən nəşriyyat işlərində, layihələndirmə sistemlərində, animasiyalarda geniş istifadə olunur. Təqdimatların, məruzələrin, yüksək keyfiyyətli reklam materiallarının hazırlanmasında bu qurğuların əvəzi yoxdur.
No comments:
Post a Comment